“ARB Media Qrup”un kanallarından olan “ARB Ulduz” telekanalının yayımı dayandırılıb.

Open.az xəbər verir ki, bu haqda kanalın mətbuat katibi Ozal İbrahimli məlumat verib.

O,“ARB Ulduz”un yayımının birdəfəlik dayandığını bildirib.

O.İbrahimli buna səbəb kimi kanalın maddi sıxıntılarının olduğunu əsas gətirib.