Xına mərasimində iştirak etmək üçün Azərbaycana gələn və karantin rejimi ilə əlaqədar vətənlərinə qayıda bilməyən Türkiyə vətəndaşlarından xəbər var.

Open.az xəbər verir ki, Balakəndə 27 yaşlı Rəsul Çakır və 21 yaşlı Gülyanə Yekayevanın xına mərasimi olub.

Mərasimdən sonra R.Çakır, anası Gülhan, atası Həsən və qohumları Mustafa Çakır karantin rejiminə görə sərhədlər bağlı olduğundan, iki ay Azərbaycanda qalıblar.

Türkiyədən onlar üçün göndərilən təyyarə həmin şəxsləri Malatya şəhərinə aparıb. Bundan sonra 14 gün karantində qalan ailə Rizəyə - evlərinə qayıda bilib.

Türkiyəli bəy martın 25-nə planlaşdırılan toyun yaya təxirə salındığını bildirib. (Oxu.az)

Azərbaycana xına mərasiminə gəlib, iki ay Türkiyəyə qayıda bilməyən ailədən xəbər var - FOTO