Martın 1-də Moskvanın "Başmet" mərkəzində Riada Məmmədovanın konsertində Azərbaycan muğamı səslənəcək.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə konsertin təşkilatçısının mətbuat xidməti məlumat yayıb.

"İlk dəfə Moskvada Azərbaycanın şifahi xalq yaradıcılığının unikal peşəkar janrı muöam səsləndiriləcək, - deyə təşkilatçılar bildiriblər.

Onlar dünyanın hər yerində yalnız bir neçə professional musiqiçinin caz-muğamın yeni janrını təmsil etdiyini vurğulayıblar. Bu musiqinin istiqamətini yalnız praktik olaraq deyil, həm də elmi baxımdan ortaya təqdim edən yeganə ifaçı isə Riada Məmmədovadır.

Qeyd edək ki, 2008-ci ildə UNESCO muğamı bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərlərindən biri elan edib.

Gülnar Qafarlı