ARB telekanalının “Canım sizə desin” verilişinin qonağı “Azəri Vandam” adı ilə tanınan Ruslan İsmayılov olub.

Open.az xəbər verir ki, Ruslan verilişin aparıcısı əməkdar artist Mehriban Xanlarovayla rəqs edib. Rəqsdən sonra Ruslan efirdə karate fəndləri nümayiş etdirərək verilişə gələn qonaqları xeyli güldürüb. Daha sonra Xanlarova Ruslandan onu öpməsini xahiş edib.

Aktrisa ilə Ruslanın "şpaqat" açdığı görüntülər isə sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik: