Xəbər verdiyimiz kimi, ötən gün aparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişinə çıxan bir qadını müğənni Aysel Əlizadənin onun 13 illik ərini əlindən aldığını iddia edib.

Open.az xəbər verir ki, ifaçı "İnstagram" hesabında səssizliyini pozub. O, "History" bölməsində şəkil paylaşaraq, ona qarşı iddia irəli sürənləri Allaha həvalə etdiyini bildirib.

Qeyd edək ki, qadının sözlərinə görə, Ayselin sürdüyü “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

O bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri hilə məşğul olur.

Gülnar Qafarlı

Aysel Əlizadə onları Allaha həvalə edib