Bir neçə gün öncə ATV telekenalında yayımlanan “ATV şou” verilişində qonaq olan meyxanaçı Aydın Xırdalanlı şouda baş verən qalmaqalla bağlı açıqlama verib.

Open.az xəbər verir ki, meyxanaçı bu barədə a24.az-a açıqlama verib. Aydın Xırdalanlı verilişdə ona qarşı edilən hörmətsizlikdən söz açıb. Proqramın çəkiliş komandasından və aparıcı Nanədən şikayətlənən A. Xırdalanlı efiri tərk etməsinə aydınlıq gətirib.

“Verilişdə mənə dedilər ki, Elza Seyidcahanın şeirlərindən meyxanalar deyəcəyik. Bu məni ələ salmaq idi. Baxırsan, şeirlər heç əruza yaxın deyil. Bir qafiyəni yola verdim. Sonra narazılıq elədim. Bir az gözlədim. Bildim mənə imkan verməyəcəklər danışmağa. Buna görə verilişdən çıxıb getdim. Arxamca nələr danışmadılar ki?! Birincisi, deyərlər, işi var idi, getdi. Uzaq başı yüngülvari deyərlər özünü pis hiss elədi. Nanə xanım iki dəqiqədənbir bir deyir ki, Aydınla əlaqə yarada bilmirik . Vəziyyəti pisləşib. Anam da efirdə baxıb narahat olub. Hələ bir səhəri gün mənə zəng edib utanmaz-utanmaz müsahibə almaq istədiklərini deyirlər. Məndə imtina etdim”.

Qeyd edək ki, verilişdə qonaq olan meyxanaçılar müğənni, bəstəkar Elza Seyidacahanının şeirlərinə uyğun meyxana deməli olublar. Lakin Elzanın şeirlərinə meyxana demək Aydın Xırdalanlının xoşuna gəlməyib. O, buna görə, həmkarlarına və verilişin aparıcısı Nanə Ağamalıyevaya etiraz edib.