Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

Open.az xəbər verir ki, bir müddətdir qızıl yel xəstəliyindən əziyyət çəkən ifaçı yeriyə bilmir.

"Ayaqlarımı yerə basa bilmirəm. Həkimin dediyinə görə, 4 günə iynələrim bitəcək və ayağımı yerə basa biləcəm. O möcüzə, görəsən, baş verəcəkmi? Allah hamınıza kömək olsun. Can sağlığı qədər vacib olan heç nə yox imiş. Allah heç birinizi çarəsiz duruma salmasın", - deyə sənətçi bildirib.