ARB telekanalının "Səhər-səhər" verilişinin aparıcısı Elgiz Əkbər başına gələn hadisədən danışıb.

Open.az xəbər verir ki, aparıcı avtomobilinin xarab olması səbəbindən avtobusdan istifadə etməli olub.

Elgiz avtobusa mindikdən sonra sərnişinlərin onu lağa qoyduğunu bildirib: "28 May tərəfdə avtomobilim xarab oldu. Qırmızı avtobus dayandı, xoşuma gəldi. Mindim, necə gözəl, sərin. Dayanmışam, bütün avtobusdakılar məndən danışmağa başladılar. Günün mövzusu mən idim. Biri geyimimi, biri ayaqqabımı müzakirə edir. Bir yaşlı qadın isə qayıtdı ki, bu yazıq nə gündədir, avtobusda gəzir. Cavab verdim ki, sözü düz işlətmədiniz, avtobusa minmək pis deyil. Nə gözəl, insan içində oldum".