Bir müddət öncə atasını itirən müğənni Elton Hüseynəliyevin valideyninin 40-ı çıxmamış, Gürcüstanda olan toylardan birində həmkarı Nazəninlə rəqs etməsi tənqidlərə səbəb olub.

Open.az xəbər verir ki, izləyiciləri tərəfindən qınanıldığını görən Elton bu haqda açıqlama verməyə məcbur qalıb.

O, özünü belə müdafiə edib: "Gürcüstanda toyda oynamağıma gəldikdə... Bəli, mənim yas mərasimindən sonra olan hadisə idi. Hətta video çəkilə-çəkilə Nazənin xanıma demədim ki, paylaşma. Süni bir söz heç vaxt deməmişəm, demərəm də. Atama üç gündən artıq yas tutmadım, tutmaram da. Atam Allahın rəhmətinə qovuşub. Bu dünyadan imanlı gedib, kafir kimi yox. Gözü yolda qalmayıb, rahat gedib. Anamdan, məndən, gəlinlərindən, övladlarından və nəvələrindən razı gedib.

Ürəyimdə ömürboyu ağrısı, gözümdə yaşı bitməyəcək. Atamın yerini heç kim verməyəcək. Mənə rəqs etməyi atam öyrədib. İndi ruhu şad olsun ki, Elton onun tərbiyəsini yaşayır. Bəziləri kimi kiminsə qabağında pula görə yaltaqlanmıram, başqasının aldığı kostyumu geyinib, kişilikdən dəm vurmuram. İnsanlar nə deyər düşüncəsi ilə yaşamamışam, yaşamayacam da. Xoşbəxtəm, ona görə ki, özüməm. Bir gündə min obraza girənlərdən olmaqdansa, ölmək yaxşıdır.
Hamıya hörmət edirəm. Artıq-əskik yazanlara isə demək istəyirəm ki, etik qaydadan çıxmaq insana hörmətsizlik gətirir. Hər kəs fikirlərini özünə saxlasın, öz həyatına baxsın. Başını "İnstqram"da hər yerə soxmasın. Yaxşı insan olmaq rolunu oynamıram mən".