Tanınmış müğənni Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən şəxs Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni axtarıram” verilişinə çıxıb.

Open.az xəbər verir ki, o, ifaçının anası Nuriyəni əlindən aldığını və xidmətçi kimi işlətdiyini irəli sürüb:

“Sevda anasını özünə xidmətçi kimi aparıb. Deyirdi ki, evdə iş görə bilmirəm, gəl kömək et. Mən onun ögey atasıyam. Anası ilə qeyri-rəsmi nikahda yaşamışam. Onlar imkansız idilər, özüm baxmışam. Anasına dedi ki, gəl, mənə qulluq elə. Məni təhqir etdi və getdi. Onu 15 həftə hər gün “Yeni ulduz” verilişinə aparıb gətirmişəm. Sevdanın anası ilə evlənəndə 60 yaşım var idi. Hamımız bir evdə yaşayırdıq”.

Prodüser Tolik məsələyə biganə qalmayıb: "Kaş şou-biznesdə Sevda kimi abırlı və hörmətli xanımlar çox ola... O kişi kimdir bilmirəm. Şəxsən mənim anam və Sevdanın anası 5 il bundan öncə 14 gün Naftalanda müalicə alıblar. Heç onda bu kişi yox idi. Sevda ilə birgə çalışmışam və heç vaxt eşitməmişəm ki, Sevdanın atalığı var. O, Sevdaya şər atır. Bu kişini görsəm üzünə tüpürərəm. Kişilikdən bixəbər... Sənin nəslində Sevda kimisi ola bilməz".

Müğənninin illərlə yanında çalışan prodüseri Pərviz Əsgərov da həmin kişinin açıqlamalarını yalanlayıb: “Sevdanın atası hələ Sevda kiçik yaşlarında olan da vəfat edib. Mən heç vaxt bu kişini Sevdagildə görməmişəm. Ola bilər atalığı olsun, amma mən illərdi Sevdanın anasının onunla birlikdə qaldığını bilirəm. Sevdanı tanıyanlar çox yaxşı bilir ki, anasını necə sevir, necə dəyər verir. Sevdayla hər gün danışan, ünsiyətdə olan biri kimi əminliklə deyə bilərəm ki, o, özünü yalnız ailəsinə həsr edən biridir. Mən və həyat yoldaşım dəfələrlə Sevdaya Amerikaya gəlməyi desək də, o, anasını müalicə etdirdiyinə görə gələ bilmədiyini deyir. Əgər Sevda anasını qulluqçu kimi evdə saxlasaydı, düşünmədən gələrdi”.

Gülnar Qafarlı