Ötən il dünyasını dəyişən reper Anar Nağılbazın ilk həyat yoldaşı Anjelika ARB telekanalının "Show News" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Anjelika ailəsinin dağılmasına görə peşman olduğunu etiraf edib.

O, bu haqda açıqlama verib: "Özünə də demişdim ki, bizim ailəmizi dağıdacaqlar. Peşman olacaqsan. Nəticədə dağıldı. Anarın gələcəyini və övladlarını ləkələmək istəyirlər. Amma vaxt gələcək, Anarın ətrafında dolananlar oğlumun da başında dolanacaq. Oğlum tez-tez atasını görmək istədiyini deyir. Amma o qəbir daşını yox, atasını görmək istəyir".

Anarın oğlu Tamerlan atasının arzularını gerçəkləşdirəcəyini dilə gətirib: "Atam heç yadımdan çıxmır. Onun mahnısını oxumaq istəyənlər məndən icazə almalıdır. Məndən soruşsunlar yoxsa mən icazə verməyəcəm. Atamın bütün arzularını gerçəkləşdirəcəm. Uşaqlıqdan polis olmaq istəyirəm. Atam da həmişə mənə dəstək olurdu".