Aparıcı Hüsniyə Məhərrəmova ilə stilist Anar Ağakişiyev arasında qalmaqal başlayıb.

Open.az xəbər verir ki, buna səbəb Anarın sosial şəbəkədə Hüsniyənin şəklini paylaşaraq, onu təhqir etməsi olub.

Fotolardakı emojilərlə Hüsniyəni təhqir edən Anar bu sözləri dilə gətirib: “Tanrıma min şükür! Bu yaşımda mənə şan-şöhrət yaşadır. İstər cəmiyyətdə olan hörmətim, istərsə də ailəmdən aldığım tərbiyə hamıya bəllidir. Tanrım, həyatda arzuladığım hər şeyi mənə yaşadırsan. Ən əsas da ətrafımda olan 70 sifətli, dediyi sözləri danan, tülkü tərzli, kompleksli, uğursuz, onun-bunun arxasınca danışan, dediklərini danan, etibarsız, sözü üzə deməyi bacarmayan insanları ətrafımdan yığışdırırsan. Hər kəs kimin nə olduğunu gözəl bilir. Şükür ki, bu insanın dar günündə mənim qapımı döydülər. Halal xoşunuz olsun. Paxıllığımı çəkənin çox olduğunu bilirdim, amma bu qədər olduğunu təxmin etmirdim. Dürüst olun”.

Qeyd edək ki, iki məşhurun arasındakı qalmaqala səbəb Hüsniyənin Anarın öz sahəsində rəqibi olan Elnur Həsənovu doğum günü münasibəti ilə təbrik etməsi olub.