Müğənni Natavan Həbibi sosial şəbəkədə yeni videosunu paylaşıb.

Open.az xəbər verir ki, ana olmağa hazırlaşan Həbibi uzun libası ilə diqqətləri cəlb edib.

İzləyiciləri və şou nümayəndələri videoda ifaçını doğulacaq körpəsi münasibəti ilə təbrik edib.

Qeyd edək ki, ifaçı 2017-ci ildə reper Dadoyla evlənib.

Evliliklərindən 6 ay sonra boşanmaq qərarına gələn cütlük, daha sonra barışaraq övlad gözlədiklərini mediaya açıqlayıb.