Xalq artisti Brilliant Dadaşova ARB telekanalının "Hər Səhər" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, o, verilişdə ABŞ-da verdiyi konsert zamanı başına gələn hadisədən danışıb.

Sənətçi konsertdə ermənilərin olmasına baxmayaraq, səhnəyə çıxdığını bildirib: "ABŞ-da konsert verməli idim. Tereza mənə "Zalda erməni çoxdur. Özü də Amerikadayıq, səni vura bilərlər, nəsə ata bilərlər. Səhnəyə çıxma" dedi. Mən isə ona qarşı çıxdım. Azərbaycan musiqisini təmsil edən Brilliant Dadaşova geri çəkilə bilməzdi. Özü də təşkilatçıya dedim ki, mən səhnəyə çıxanda erməni bayrağı olmamalıdır".