Əməkdar artist Abbas Bağırov istirahət üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.

Open.az xəbər verir ki, ifaçı fürsətdən istifadə "Çukur" serialının çəkildiyi məhəlləyə ziyarət edib.

O, küçəni gəzərək, video çəkib. İfaçı çəkdiyi videoya "Çukur"un mahnısını qoyaraq, "3.sezon" şərhini yazıb.

Onun bu görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.