Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

Belə ki, o, oğlu Kazımın səhhətinin getdikcə pisləşdiyini vurğulayaraq, nazirdən yardım istəyib: “Səhiyyə nazirimiz Oqtay Şirəliyevdən kömək istəyirəm".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, xalq artisti nazirliyə rəsmi müraciət etməyib: "Müraciət etsin bildirsin ki, hara getmək istəyir və oğlunun xəstəliyi nədir. Respublikamızda fəaliyyət göstərən hansı xəstəxanaya müraciət etmək istədiyini bildirsin".

Şəfiqə Nazimqızı