Təhsil işçilərinin vaksinasiyası könüllüdür, amma onun zəruri olaraq, keçirilməsi vətəndaş məsuliyyətindən, peşə təəssübkeşliyindən irəli gəlir.

Open.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı inzibati tədbirin görülməsi nəzərdə tutulmur.

M.Vəlieyava deyib ki, hər kəs vaksinasiyanın əhəmiyyətini başa düşməli və dezinformasiyalara fikir verməməlidir.

O əlavə edib ki, məktəblərdə əyani tədrisin dayandırılmaması üçün karantin rejiminin qaydalarına əməl olunmalı, insanlar vaksinasiyadan keçməlidir.