Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən 4 milyon nəfər artıb ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək artım göstəricisidir. Ölüm hallarının sayı isə 59 mindən çox artıb.

Open.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Bildirilib ki, noyabrın 8-dən 15-dək olan müddətdə dünyada 3 977 223 yeni yoluxma halı və 59 699 ölüm faktı qeydə alınıb.