“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti qanvermə aksiyası keçirib.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Open.az-a bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəyə dəstək məqsədilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin 60-dan çox əməkdaşı talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım üçün qan veriblər.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC “Talassemiyasız həyat naminə” layihəsinə qoşularaq hər il qanvermə aksiyası təşkil edir.