"Hazırda xüsusi həkim qrupları bütün xəstəxanalara baxış keçirir. Bu da çox normaldır".

Open.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Y.Qarayeva bildirib ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası gün ərzində çox sayda xəstə qəbul edir: "Digər xəstəxanalar da dezinfeksiya işləri ilə əlaqədar bağlana bilər. Bu normaldır".