“Hələ bugünkü gündə hazır olan və tətbiqinə başlana biləcək peyvəndlərdən söhbət getmir. Namizəd olan peyvəndlərin tətbiqinə gələn ilin aprelindən başlanılması gözlənir”.

Open.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.