Dünən tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən dünyasını dəyişib.

Open.az xəbər verir ki, bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb:

“Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor bu gün ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq. Dostlar sağ olsun”.

Şəfiqə Nazimqızı