Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova vəzifəsindən azad edilib.

Bu barədə Open.az-a S.Əhmədovanın özü məlumat verib.

O, öz ərizəsi ilə işdən azad edildiyini və hazırda heç bir yerdə işləmədiyini bildirib.

Qeyd edək ki, S.Əhmədova 2006-cı ildən Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışırdı.

Gülnar Qafarlı