Səhiyyə Nazirliyi ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması üçün müvafiq dövlət qurumlarına müraciət edib.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, bu gün Səhiyyə Nazirliyinin önündə bir qrup tələbənin səsləndirdiyi məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:

"Səhiyyə Nazirliyi bu məsələnin həlli, yəni ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir".