Bakının Xəzər rayonunun Zirə Qəsəbəsində (Qala yolu) qatarla taksinin toqquşması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb:

"Onların vəziyyətləri normaldır. Həmin xəstələr ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində 4 nəfər xəsarət alıb.

Bir qədər əvvəl yayılan məlumatda bildirilmişdi ki, qəza nəticəsində ən ağır vəziyyətdə olan 22 yaşlı qız qapalı kəllə-beyin travması alıb, yuxarı ətraflarında sınıq yaranıb. Həmçinin, 20 yaşlı oğlan da qapalı kəllə beyin travması alıb. Vəziyyəti ağır olan həmin xəsarət alımış şəxslər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya aparılıb.