Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində adından istifadə edilərək dərman preparatlarının reklam olunması məsələsinə aydınlıq gətirib.

Open.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.

Qeyd olunub ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır: "Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib. Dələduzlar Rusiyanın baş uşaq onkoloqu olan Mamed Əliyevin şəklini paylaşaraq arıqlamaq üçün dərman preparatının satışını həyata keçirmək istəyiblər".

Səhiyyə Nazirliyi adından dərman reklamı məsələsinə aydınlıq gətirilib - FOTOLAR

Səhiyyə Nazirliyi adından dərman reklamı məsələsinə aydınlıq gətirilib - FOTOLAR

Səhiyyə Nazirliyi adından dərman reklamı məsələsinə aydınlıq gətirilib - FOTOLAR