Rusiyalı uroloqlar impotensiyanın müalicəsində yeni metod hazırlayıblar.

Open.az Medicina.az-a istinadən xəbər verir ki, cəmi 20 dəqiqəlik kiçik bir əməliyyatla yaşla əlaqədar impotensiya yaşayan kişilərdə həmin problem həll olunur. Bu haldan qurtulan şəxslər ömürlərinin sonunadək bir daha impotensiya halı ilə üz-üzə qalmayacaqlar. Onu da qeyd edək ki, əməliyyatın pulsuz icra olunacağı bəyan edilib.

Rusiyada yeni tətbiq olunan həmin möcüzə-metodunun bənzəri hələ 2 il əvvəl ABŞ-da aparılıb. Əməliyyat zamanı çanaq sümüyündən xüsusi iynənin köməyilə götürülən hüceyrələr sonradan cinsi orqanın əzələ hüceyrəsinə yeridilir. Bu prosedur yerli keyitmə altında həyata keçirilir.

Uroloqların sözlərinə görə, kişilərin yaşlandıqca itirdikləri potensiyalarını geri qaytarmağın yolları hələ 1982-ci illərdən axtarılır. İlk dəfə bu məqsədlə pasiyentin venasından alınan qanı onun xayalığına yeridilib. Daha sonra qan, piy toxuması ilə əvəzlənib. Lakin bütün bunlar heç bir nəticə verməyib.

Həkimlərin bildirdiklərinə görə, impotensiyaya həddən artıq çox alkoqol qəbulu, şəkərli diabet, hipertoniya və s kimi xəstəliklər səbəb ola bilər. Onlar iddia edirlər ki, potensiya geri qayıtdıqdan sonra diabet xəstələrində şəkər səviyyəsi, təzyiq xəstələrində isə qan təzyiqi normaya düşür.