Həkim-rezidentlərin dövrü attestasiya imtahanı təxirə salınıb.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, respublikada yeni koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin aparılması ilə əlaqədər analıq məzuniyyətindən qayıdan, dövrü attestasiyaya gəlməyən və qeyri-kafi qiymət alan həkim-rezidentlər üçün martın 18-nə planlaşdırılan dövrü attestasiya imtahanı təxirə salınır.

Dövrü attestasiya imtahanının yeni tarixi barədə əlavə məlumat veriləcək.