Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, t.ü.f.d. Rəşad ŞOLAN Səhiyyə nazirinin əmri ilə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub.

Open.az xəbər verir ki, peşəkar aləmdə Rəşad Şolan icra etdiyi mürəkkəb cərrahi əməliyyatlarla tanınıb. O, özü haqqında bu ifadəni təkrarlamağı sevir: “Mən həm insan kimi radikalam, həm də cərrah kimi.” Yerli media onu virtuoz cərrahi istedadına görə “qızıl əllər” kimi qələmə verir. R.Şolan cərrah-uroloq olaraq, uroloji cərrahiyyənin bütün sahələri, eləcə də böyrək transplantasiyası üzrə çalışır.

Bu günə kimi yüzlərlə uroloji xəstə üzərində uğurla əməliyyatlar icra edən, onlarla xroniki böyrək çatışmazlığından əziyyət çəkən insana sağlamlıq bəxş edən həkimimizi yeni təyinatı münasibətilə ürəkdən təbrik edir, gələcək çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Rəşad Şolan Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub