Xaçmaz rayonu Qusarçay sakini 34-35 həftəlik hamilə 37 yaşlı qadın, oktyabrın 22-də uşağlıqda ağrılı çapıq diaqnozu ilə Quba Regional Perinatal Mərkəzinə daxil olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, USM müayinəsində ciftin çapığa birləşməsi aşkar olunub. Ananın həyatına təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyata başlanılıb.

Əməliyyat Quba rayon Mərkəzi Xəstəxanasının, Quba Regional Perinatal Mərkəzin və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib. Nəticədə ananın həyatı xilas edilib.

Doğulan uşağı reanimasiya tədbirləri nəticəsində həyata qaytarmaq mümkün olub. Belə ki, vəziyyət dəyərləndirilərək uşağa müasir müalicə metodu sayılan passiv hipotermiya üsulu tətbiq edilib. Beləliklə, bədən hərarəti 33-34 dərəcəyə endirilib. Uşağa tənəffüs dəstəyi verilib. Hazırda uşaq sərbəst nəfəs alır, aktiv əmir, çəkisi artır. Ana və uşağın vəziyyəti qənaətnəxş qiymətləndirilir.

Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət Proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşay