Quba rayon Alpan kənd sakini 24 yaşlı Şəbnəm Əkbərovanın üçəm körpələri dünyaya gəlib. Dekabrın 8-də doğulan körpələrdən ikisi qız, biri oğlandır.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, vaxtından əvvəl doğulan (hamiləliyin 30-cu həftəsində) uşaqların vəziyyəti olduqca ağır olub. Doğularkən qız uşaqları 950 və 980 qram, oğlan isə 1 kiloqram 450 qram çəkidə olub.

Yeni doğulan körpələr kuvezə yerləşdirilərək tənəffüs aparatına qoşulub. Üçəmlər yalnız bir həftədən sonra tənəffüs aparatından ayrılaraq sərbəst nəfəs almağa başlayıblar.

Şəhla Həsənova bildirib ki, təbii doğuşla dünyaya gələn körpələr hələ 10 günə kimi kuvezdə saxlanılacaq. Hazırda hər üç uşaq normal inkişaf edir. Körpələrin boyu və çəkisi artır.

Uşaqların anası Şəbnəm Əkbərova müvafiq müalicələrdən sonra xəstəxanadan evə buraxılıb. Bu, gənc ananın ilk hamiləliyidir

Qubada gənc ana üçəm dünyaya gətirib

Qubada gənc ana üçəm dünyaya gətirib