Artıq çəkisindən can qurtarmaq istəyən, bunun üçün böyük əziyyətlərə qatlanan bir çox insan var. Onlara verilən tövsiyələrin də sayı hesabı yoxdur. Lakin bir də medalın digər tərəfi var. Çəki itirmək istəyənlərdən əlavə, bir də min bir əziyyətlə kökəlməyə çalışan insanlar var. Biz də bu gün məhz onlar üçün dietoloqların verdiyi bir neçə tövsiyəni sizin üçün topladıq.

Dietoloqların bu tövsiyələrinə əməl edərək sürətlə və sağlam şəkildə çəki alaraq, arzuladığınız bədənə sahib olacaqsınız.

Qısa zamanda çəkinizi artıracaq 15 tövsiyə - SİYAHI1. Kalorilik dərəcəsi yüksək olan qidalar yeyin
Arıqlamaq istəyənlər yedikləri qidaların kalorilik dərəcəsinə çox fikir verirlər. Siz isə bunun tam əksini etməlisiniz. Səhər yeməyinizdə yağ, pendir, bal, ağ çörək kimi kalorisi yüksək qidalar yeyin. Növbəti yeməklərinizdə də çəki artıran, kalorisi yüksək qidalar yeyin və beləliklə qısa müddətdə çəki alacaqsınız.

2. Kalori dəftəri tutun
Yüksək kalorili qidaları bir siyahıda birləşdirin və daima görə biləcəyiniz bir yerə asın. Bu siyahıdan sevdiyiniz yeməklərdən ibarət axşam yeməyi hazırlayın.

Qısa zamanda çəkinizi artıracaq 15 tövsiyə - SİYAHI3. Az hərəkət edin
Hərəkət edə bilmək üçün enerjimizi yeməkdən alırıq. Yeməklər sayəsində bədənimizi gündəlik etməsi gərəkən işlər üçün enerji istehsal etmiş olur. Yəni qida bədənin yanacağıdır. Yüksək kalorili yemək qəbul edim, az hərəkət etdiyimizdə, bu aldığımız kalorilər yandırılmır və vücudumuzda yağ olaraq depolanır.

4. Kalori alma miqdarını artırın
Gündəlik diet listinize qəbul etməli olduğunuz kalori miqdarına 500 kalori də əlavə edin. Normal yeməyinizi yeyin və bundan əlavə, ara yeməklərdə kalorisi yüksək məzələr qəbul edin. Bu şokolad və ya qoz-fındıq kimi məzələr də ola bilər.

5. Meyvə suları çəkini artırır
Çəki almaq istəyənlər mədələrində problem yoxdursa bitirdiyi qidalara qazlı su da əlavə edə bilərlər. Qazlı suları sevmirsinizsə, meyvə sularıda işinizə yarayacaq. Meyvə sularının tərkibinə şəkər daxil olduğu üçün, yüksək kalorilidirlər və sağlam şəkildə çəki almağınıza köməkçi olurlar. Gündəlik olaraq portağal suyu, limonad və ya sıxıb hazırlayacağınız tərəvəz və meyvə sularını içmək, sizə qısa müddətdə çəki almağa kömək edəcək.

Qısa zamanda çəkinizi artıracaq 15 tövsiyə - SİYAHI6. Gec saatlarda yemək yeyin
Dietoloqlar arıqlamaq istəyənlərə axşam saat 7-dən sonra yemək yeməməyi məsləhət görürlər. Çəki almaq istəyənlər da bu xəbərdarlığı nəzərə alıb, axşam yeməklərini gec yeməlidirlər. Gecə yuxuda hərəkətsiz bir mövqedə olduğumuzdan gec saatlarda yedikləriniz sizə əlavə çəki olaraq geri dönəcək. Təzyiq və ya hər hansı bir sağlamlıq probleminiz yoxdursa, gec saatlarda pendirli makaron, sütlaç, ətli plov kimi kalorisi yüksək karbohidratlı yeməklər yeyə bilərsiniz.

7. Proteinlə zəngin qidalar tükədin.
Çəki almağı çox istəyirsinizsə, aldığınız zülal miqdarını artırın. Zülalların da kalorisi yüksək olanları seçim edin. Süd, pendir, çörək, makaron kimi zülallar yüksək kalorili və yüksək zülal tərkibli qidalardır. Zülal yüksək olub, hər mətbəxdə tapıla biləcək qida siyahısı bu şəkildədir:

pendir
fıstıq əzməsi
balıq və ev heyvanları
paxla, mərcimək və digər paxlalılar
çörək və makaron kimi dənli bitkilər
qoz-fındıq

8. Yağlı qidalar yeyin
Çəki vermək istəyən şəxslər yağlı yeməklərdən çəkinir, çəki almaq istəyənlərə təklifimiz bunun tam tərsini etməkdir. Yeməklərinizdə zeytun yağı və kərə yağı nisbətini artırın.

Qısa zamanda çəkinizi artıracaq 15 tövsiyə - SİYAHI9. Süd için
Südü sevirsinizsə, böyük stəkanda şokoladlı süd sizə yüksək kalori gətirəcək. Yalnız süd deyil, milkshake’lər də, xüsusilə meyvəli olanları yüksək kalori ehtiva edirlər.

10. Fıstıq və fındıq əzməsi yeyin
Fıstıq və qoz-fındıq əzməsi kilo almaq üçün müthiş bir variantdır, xüsusilə yüksək nisbətdə fındıq-fıstıq ehtiva edən şirniyyatlar yüksək kalori verir. Bir gündə bir neçə yemək qaşığı yeyin, ay sonunda istədiyiniz kilodan çoxunu belə almış olacaqsınız.

Qısa zamanda çəkinizi artıracaq 15 tövsiyə - SİYAHI11. Səhər yeməyiniz iki hissədən ibarət olsun
Bir səhər yeməyi əvəzinə, iki dəfə səhər yeməyi yeyin. Səhər 7-də ilk səhər yeməyinizi yeyin, 10-da isə ikincisini edin.

12. Porsiyalarınız böyük olsun
Kilo almaq istəyirsinizsə, porsiyalarınızın miqdarını artırın. Hər kəs kiçik qabda az yemək yediyi vaxtda, sizin qabınız böyük və yeməyiniz də çox olsun.

13. Karbohidratlı qidalara üstünlük verin
Çörək, makaron, tort, kərə yağı, krem pendir kimi yüksək karbohidrat ehtiva edən qidalar, arıqlamaq istəyənlərin düşməni, çəki almaq istəyənlərin isədostudur. Sürətlə çəki almaq istəyirsinizsə bu karbohidratlı qidalardan bolluca yeyin.

Qısa zamanda çəkinizi artıracaq 15 tövsiyə - SİYAHI14. Meyvə və tərəvəz yeyin
Kalorisi yüksək albalı, armud, portağal, banan kimi qidaları gün ərzində qəbul etmək, sizə qısa müddətdə sağlam bir şəkildə çəki aldıracaq. Meyvələrin əksəriyyətinin şəkər nisbəti yüksəkdir, xüsusilə kokteyl və meyvə suları vitamin, enerji və kalori anbarıdır. Susadığınız zaman su ehtiyacınızı bu içkilərlə aradan qaldırmaq qısa müddətdə çəkinizi artıracaq.

15. Dietoloqa gedin
Əgər bu üsullardan heç biri sizə kömək etmirsə, professionallara müraciət edin. Orqanizminizdə mümkün xəstəliklərin aradan qaldırılması çəkinizin artmasına səbəb ola bilər.