Qaraciyər orqanizmdə saysız vacib funksiyaları yerinə yetirir. Müasir insanların qaraciyəri çox ciddi yükləmələrə məruz qalır.

Bu səbəbdən qidalanmaya qaraciyərin sağlamlığını qoruyan qidaları əlavə etmək lazımdır.

Open.az bildirir ki, Food News portalında belə məhsulların siyahısı təqdim olunub.

Ənginar (artişok). Bu tərəvəzin tərkibində olan maddələr qaraciyəri qoruyur, ödün ifrazını artırır. Həmçinin artişok güclü xərçəng əleyhinə təsirə malikdir, şişi qanla təchiz edən yeni damarların əmələ gəlməsinin qarşısını alır.

Kələm. Kələmin istənilən növləri (ağ, qırmızı, gül kələmi, brüssel kələmi) qaraciyəri iltihab və piylənmədən qoruyur. Kələmin tərkibində olan nadir “idol” maddəsi qaraciyərin hüceyrələrində piylərin miqdarını azaldır. Kələm qaraciyərin funksiyalarına müsbət təsir edir.

Qatıq. Qatığın tərkibində olan faydalı maddələr qaraciyər piylənməsinin qarşısını alır, qaraciyərdə piyin miqdarını azaldır.

Lobya. Liflərlə zəngin olan lobya bağırsaqların mikroflorasını yaxşılaşdır, bağırsaqlarda yaşayan yaxşı bakteriyaların sayının artmasına yardım edir. Qaraciyərin sağlamlığı bağırsaqların mikroflorası və bağırsaqların sağlamlığı ilə sıx bağlıdır.

Qəhvə. Təbii qəhvə tərkibində olan antioksidant maddələrinin sayəsində qaraciyər sirrozu və xərçənginin riskini azaldır. (Sağlamolun.az)