"Piylənmə 21-ci əsrin epidemiyasıdır".

Open.az xəbər verir ki, bu sözləri bu gün keçirilən ''Piylənmənin idarə olunmasında ən yeni tendesiyalar'' elmi-praktik konfransında Nutrisiologiya, dietologiya və piylənmənin porfilaktikası akademiyasının rəhbəri, həkim Sevinc Zaman bildirib.

Onun sözlərinə görə, piylənmə Azərbaycanda da olduqca aktual mövzudur: ''İndiki zamanda onunla mübarizə aparmaq çox çətindir. Çünki fəsadları çox ağırdır. Hər gün artan şəkərli diabet, onkologiya, ürək-damar xəstəliklərinin qarşısını almaq isə mümkün deyil. Burada çox güclü mütəxəssislərdən ibarət komandaya ehtiyac var.

ANDOP-da keçirilən təlimlərdə nutrisiologiya, dietologiya haqqında akademik biliklər verilir. Piylənmənin qarşısını almaq üçün ailədən gələn qida vərdişlərini aradan qaldırmaq lazımdır. Maarifləndirməyə böyük ehtiyac var. Piylənmə bütün dünyanın problemidir. İnsanların iş, qida vərdişlərinin düzgün qurulmaması, qeyri-aktiv həyat tərzi, qeyri-sağlam qidaların reklamlarının artması piylənmənin əsas səbəblərindəndir. İnsanlara müraciət edirəm ki, sağlamlıqlarına fikir versinlər. Aktiv həyatla məşğul olsunlar, rejimlə qidalansınlar''.

Piylənmədə genetik faktorla bağlılığından danışan həkim bildirib ki, piylənmənin irsiyyətdən asılıq faizi çox aşağıdır: "Çünki piylənmə birbaşa insanın özündən asılıdır. Sağlam və formada olmaq insanın öz əlindədir".

Şəfiqə Nazimqızı