Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Regional Direktoru Dorit Nitzan dünyada koronavirusun ikinci dalğasının olmadığını açıqlayıb.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə pandemiya ilə bağlı konfrans zamanı bildirib:

“Koronavirusun növləri və formaları göstərir ki, pandemiyanın hansısa ikinci dalğası yoxdur”.

Onun sözlərinə görə, bəzi dövlətlərdə yoluxma yüksək olsa da, bəzilərində bu göstərici aşağıdır.