Martın 3-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına qarşı 24,272 nəfər vaksinasiya olunub.

Open.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir