13:00

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı növbəti dəfə məlumat yayıb.

Open.az-ın xəbərinə görə, məlumatda deyilir:

""City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək".

***

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı üçüncü dəfə məlumat yayıb.

Open.az-ın xəbərinə görə, məlumatda deyilir:

""City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyevin əməliyyatı bitib. Hələlik əməliyyat blokundadır. 20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək".