Səhiyyə Nazirliyi Qaxda baş verən partlayış nəticəsində xəsarət alanların səhhəti barədə məlumat yayıb.

Nazirlikdən Open.az-a verilən məlumata görə, 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

“Onlardan 4-nün vəziyyəti yüngül, 2-sinin vəziyyəti isə orta-ağır stabildir. Həkimlərin bildirdiyinə görə xəstələrin həyati təhlükəsi yoxdur”, nazirlikdən bildirilib.