Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dövriyyəyə keyfiyyətsiz şprislərin buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən Open.az-a daxil olan məlumata görə, quruma heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb.

Mərkəz vətəndaşlara tövsiyə edir ki, hər hansı problem yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına (aem@pharma.az) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər: "Hər bir şikayət dərhal araşdırılacaq".