Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib.

Səhiyyə Nazirliyindən "Open.az-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar.

Qeyd olunub ki, hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.