Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinə yoluxan şəxslərin son durumunu açıqlayıb.

Nazirlikdən Open.az-a bildirilib ki, bir müddət əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasına qarayara diaqnozu ilə daxil olan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir.

Qeyd olunub ki, onların sentyabrın 20-21-də evə buraxılacaqları gözlənilir.