Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.

Open.az-ın xəbərinə görə, məlumatda deyilir: "City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə, Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır sabit, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir".