Hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir, mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.