Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, iyulun 22-də "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət edilib.

Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər.

18 yaşlı türkiyəli qız basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.