Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Open.az xəbər verir ki, Səhiyyə Naziri Oqtay Şirəliyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.