Xəbər verdiyimiz kimi, müğənni Mirkamil Kamilov qanunsuz narkotik maddə satışı ilə əlaqədar Səhiyyə Nazirliyini ittiham edib.

Məsələ ilə bağlı Nazirlikdən Open.az-ın sorğusuna cavab olaraq bildrirlib ki, həmin məlumatda xəstəxana, ya da hansısa həkimin adı yazılmayıb: "Nə də digər bir qurumun. Məhkəməyə müraciət edən zaman yəqin ki, kimdən şikayət etdiyini də deyəcək . O zaman bu barədə bir tədbir görülə bilər. Məhkəməyə iddia ərizəsi verəndə ümid edirik ki, ona dərman satan şəxsin kim olduğunu açıqlayacaq".

Şəfiqə Nazimqızı