Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

Open.az xəbər verir ki, məlumatda tibbi və parça maskaların kimlərin necə və harada istifadə etməsi ilə bağlı təlimatlar yer alıb.

Belə ki, tibbi maskalar bu sahədə çalışan işçilər, həkimlər, “COVİD-19” testi pozitiv çıxmış və şübhəli bilinən şəxslər tərəfindən istifadə olunmalıdır. Tibbi maskalar yaşı 60-dan yuxarı olan və ya digər sağlamlıq problemləri olan şəxslər tərəfindən koronavirusun geniş yayıldığı və ən azı 1 metr fiziki məsafənin saxlanılmasının mümkün olmadığı yerlərdə istifadə edilir.

Parça və ya qeyri-tibbi maskalar koronavirusun geniş yayıldığı və ən azı 1 metr fiziki məsafənin saxlanılmasının mümkün olmadığı yerlərdə sağlam şəxslər tərəfindən istifadə edilməlidir.

Buraya sosial işçilər, kassir və xidmət sektorunun işçiləri daxildir. Parça və ya qeyri-tibbi maskalardan həmçinin ictimai nəqliyyat, iş yerləri, ərzaq mağazaları, insanların sıx toplaşdığı məkanlarda istifadə etmək olar.