Lənkəranda quduzlaşmış itlərin hücum etdiyi şəxslər vaksinasiya edilir.

Bu barədə Open.az-a Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Xəstələr poliklinikaya aparılıb. Orada onlara quduzluq əleyhinə zərdablar vurulacaq. Vəziyyətləri yaxşıdır və qorxulu heç nə yoxdur. Quduzluqla bağlı heç bir əlamət aşkar edilməyib" - deyə, xəstəxanadan bildirilib.

Qeyd edək ki, ötən gün rayonun Liman şəhərində 10 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri ambulator yardımdan sonra evə buraxılıb.

Şəfiqə Nazimqızı