Kürdəmir Rayon Təcili Tibbi Yardım (TTY) Stansiyasının baş həkimi Eynulla Novruzov cəzalandırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Open.az-a verilən məlumata görə, baş həkim işçilərini təcili tibbi yardım maşını ilə səsverməyə göndərdiyi üçün ona TƏBİB tərəfindən şiddətli töhmət verilib: "Baş həkim TƏBİB-ə dəvət olunub və izahatı alınıb. O, izahatında bildirib ki, hava şəraiti ilə əlaqədar işçilər seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş edib".

Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.