Urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Diaqnostika Mərkəzində növbəti böyrəkköçürmə əməliyyatı 24 yaşlı qadın - körpə anası üzərində aparılıb.

Open.az xəbər verir ki, uğurla başa çatan əməliyyatda donor xəstənin bibisi olub.

"Müayinə zamanı analizlərin nəticələri əsasında aydın oldu ki, pasiyentin böyrəklərinin fəaliyyəti kritik vəziyyətdədir və təcili böyrək köçürülməlidir. İllər ərzində qəbul edilən hemodializ seansları da öz yan təsirlərini göstərmişdi. Əməliyyatın uğurla yekunlaşması üçün cərrah və nefroloqlardan ibarət komandamız var gücü ilə çalışdı və nəticə etibarilə köçürülən böyrək hazırda tamamilə normal fəaliyyət göstərir. Pasiyentimiz həyata yenidən qaytarıldı! Hələ neçə-neçə arzusu var... Biz tibbi komanda kimi pasiyentlərimizin ikinci valideynləriyik, onlara yeni həyat bəxş edirik. Resipiyent körpə anası olduğundan bu dəfə əməliyyatla bizə pənah gətirən qadına ikiqat sevinc yaşatdıq” deyə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan qeyd edib.

Körpə uşağı olan 24 yaşlı qadına böyrək köçürülüb